“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsi akademiyada çalışan professor-müəllim və digər təhsil işçilərinin, həmçinin tələbə-gənclərin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.

Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.

Struktur baxımından Komitə, təhsil müəssisələrində fəaliyyət göstərən şöbə və fakültələrlə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə və təkliflərlə çıxış edir.

Bundan əlavə, istirahət vaxtının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.

Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsi inzibati heyət işçiləri daxil olmaqla üç fakültə həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Təşkilatın 443 işçi və 621 tələbə ittifaq üzvü vardır.

Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri: