Xəbərlər
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında yüksək reytinq göstəriciləri əldə etmiş 8 müəllim mükafatlandırıldı.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında yüksək reytinq göstəriciləri əldə etmiş 8 müəllim mükafatlandırıldı.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətində, musiqi mədəniyyətimizin inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əmək sərf edən pedaqoji heyətin stimulllaşdırılması məqsədilə növbəti mükafatlandırılma reallaşıb. Tədbirdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış edərək yüksək reytinq göstəriciləri əldə etmiş müəllimlərin Akademiyanın nüfuzunun artırılmasındakı və tələbələrin peşəkar inkişafındakı müstəsna xidmətlərini vurqulamışdır.O, pedaqoji fəaliyyəti və yaradıcılıq uğurları ilə seçilən müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Çıxış ardından reytinq cədvəlində fərqələnən müəllimlər Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşdular. Musiqi sənətimizin tərəqqisinə töhfə verən hər bir müəllimi ürəkdən təbrik edir və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq!
Anım Günü keçirildi

Anım Günü keçirildi
27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.
Artıq altı ildir ki, bu tarix Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunur.
Anım günü ilə əlaqədar Bakı Musiqi Akademiyasının professor -müəllim və inzibati heyəti tələbələrlə birgə Zəfər parkının girişində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edərək, abidə önünə gül dəstələri qoydular.
Allah şəhidlərimizə rəhmət etsin!
Musiqi Günü qeyd olundu

Musiqi Günü qeyd olundu
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində dahi bəstəkara həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Bu münasibətlə 18 sentyabr 2026-cı il tarixində tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoydular.
Milli Musiqi Günü Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVlll Beynəlxalq Musiqi festivalı ilə əlaqədar Bakı, Şuşa, Gəncə şəhərlərində və digər rayonlarda silsilə tədbirlər keçiriləcəkdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının önündə keçirilən tədbirdə giriş sözü ilə görkəmli pianoçu, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi tariximizdəki rolundan danışaraq qeyd etdi ki, Azərbaycanın zəngin musiqi mədəniyyətini, Üzeyir bəyin ənənələrini daim yaşatmalı və inkişaf etdirməliyik.
Daha sonra BMA-nın qarşısında Üzeyir bəyin abidəsi ətrafında konsert proqramı təqdim olundu.
Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri (bədii rəhbər və dirijor: Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, Fikrət Əmirov adına Xalq Çalğı alətləri orkestri (Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının direktor-baş dirijoru,prezident mükafatçısı Mustafa Aşurov) çıxış etdilər.
İfa olunan musiqi nömrələri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Şamaxı–Pirquluya birgünlük yay ekskursiyası

Şamaxı–Pirquluya birgünlük yay ekskursiyası
Yay mövsümündə Musiqi Akademiyasının əməkdaşları üçün Şamaxı–Pirqulu istiqamətində birgünlük ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv arasında ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin Azərbaycanın zəngin təbiəti və tarixi-mədəni irsi ilə yaxından tanışlıq olmuşdur.
Səfər zamanı iştirakçılar Şamaxının görməli yerlərini ziyarət etmiş, Pirqulunun füsunkar təbiətindən zövq almış və birlikdə xoş vaxt keçirmişlər.
Birgünlük ekskursiya əməkdaşlarda xoş təəssüratlar yaratmış, onların gündəlik iş mühitindən kənarda istirahət etməsinə və kollektiv ruhunun güclənməsinə şərait yaratmışdır.
Bu səfər yay mövsümünün yaddaqalan və xoş anlarından biri olmuşdur.
Yay düşərgəsi -2026

Yay düşərgəsi -2026
7-12 sentyabr 2026-cı ildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində ali, orta ixtisas və peşə təhsili tələbələri üçün yay düşərgəsi təşkil edilmişdir. Bu tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 15 tələbəsi iştirak etmişdir. Şəhərsalma və Memarlıq ilinə həsr olunmuş yay düşərgəsi aktiv olan gənclər üçün möhtəşəm bir fürsət olmuşdur.
Tələbə düşərgəsi çərçivəsində “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda görüş keçirmişdir. Tədbirin əsas məqsədi tələbələrin müasir texnologiyaların inkişafı, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal təhlükəsizlik, kibertəhdidlər və informasiya mühitində mövcud risklər barədə məlumatlılığın artırılması olub.
Yay düşərgəsində tələbə-gənclər üçün təşkil edilən müxtəlif müsabiqələrdə, əyləncəli, intellektual yarışlarda və idman oyunlarında Bakı Musiqi Akademiyasının nümayəndələri fəal iştirak etmişdir.
Yeni tədris ili ərəfəsində yay düşərgəsində tələbələrin rahat istirahəti təmin edilmişdir, onların təhsil həyatına yüksək motivasiya ilə başlamasına şərait yaradılmışdır
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
MƏZUN GÜNÜ – 2026 01 iyul 2026-cı ildə Bakı Musiqi Akademiyasında Məzun Günü keçirildi.Bu tədbirdə ilk dəfə dəfə olaraq Bakı Musiqi Akademiyasının Himni səsləndirildi!

MƏZUN GÜNÜ – 2026 01 iyul 2026-cı ildə Bakı Musiqi Akademiyasında Məzun Günü keçirildi.Bu tədbirdə ilk dəfə dəfə olaraq Bakı Musiqi Akademiyasının Himni səsləndirildi!
MƏZUN GÜNÜ – 2026
01 iyul 2026-cı ildə Bakı Musiqi Akademiyasında Məzun Günü keçirildi.Bu tədbirdə ilk dəfə dəfə olaraq Bakı Musiqi Akademiyasının Himni səsləndirildi!
Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasındakı “Əhdnamə” musiqisi əsasında hazırlanan BMA Himni bu gündən etibarən Akademiyanın musiqi rəmzi kimi öz həyat yoluna başlayacaq. Bu tarixi ilk ifa isə məhz 2026-cı ilin məzunlarına həvalə olunub. Bu, hər bir məzun üçün böyük şərəf və unudulmaz məsuliyyətdir.
Tədbirdə Akademiyanın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, məzunları təbrik edərək onlara gələcək yaradıcılıq yollarında uğurlar arzuladı.
Ardınca Xalq Artisti, Akademiyanın Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, BMA-nın beynəlxalq uğurlarından və məzunların gələcək məsuliyyətindən danışdı.
Sonra aparıcı, BMA-da Vokal ixtisası üzrə təhsil alan Atilla Məmmədli hər kəsi Akademiyanın 105 illik tarixinə həsr olunmuş filmə baxmağa dəvət etdi.
Qeyd edək ki, məzunlar, müəllim heyəti, qonaqlar, valideynlər, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov mərasimdə qonaq qismində iştirak edirdilər.
Tədbirdə “Musiqişünaslıq” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vuran, beynəlxalq konfransların iştirakçısı Şəhla Cəlilova məzunlar adından çıxış etdi Mərasim məzunların təqdim etdiyi zəngin konsert proqramı ilə davam etdi. Fortepiano, vokal, bəstəkarlıq və nəfəs alətləri üzrə istedadlı məzunların ifasında dünya və Azərbaycan musiqisinin seçilmiş inciləri səsləndirildi:
Konsertdən sonra yüksək akademik göstəricilər qazanan məzunların diplomlarının təltifetmə mərasimi baş tutdu. Diplomları təqdim etmək üçün səhnəyə BMA-nın rəhbər heyəti – professor Nərminə Quliyeva, professor Gülnaz Abdullazadə, eləcə də fakültə dekanları – professor Nəzakət Rimazi, professor Nəzmiyyə Abbaszadə professor Gülzar Mahmudova dəvət olundular.
Mərasimdə həm bakalavr, həm də magistratura pilləsini bitirən məzunlara diplomlar təqdim edildi və onların universitet həyatı ilə rəsmi vidası qeyd olundu. Tədbirin sonunda məzunlar səhnəyə dəvət olunaraq xatirə şəkli çəkdirdilər və onlara gələcək həyatlarında uğurlar arzulanaraq tədbir yekunlaşdı.
12-14 may tarixlərində Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Müasir musiqi sənətinin problemləri" mövzusunda SABAH qrupları, bakalavr, magistr tələbələrinin və doktorantların IV beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir

12-14 may tarixlərində Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Müasir musiqi sənətinin problemləri" mövzusunda SABAH qrupları, bakalavr, magistr tələbələrinin və doktorantların IV beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir
12-14 may tarixlərində Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Müasir musiqi sənətinin problemləri" mövzusunda SABAH qrupları, bakalavr, magistr tələbələrinin və doktorantların IV beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir.
Konfrans qarışıq formatda - əyani (oflayn) və distant (onlayn) təşkil olunmuşdur. Yüksək səviyyədə təşkil olunan bu konfrans BMA-nın Tədris məsələləri üzrə prorektoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə təşkil olunmuşdur. Iştirakçılara sertifikatların çapı Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, ardından iştirakçılara Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən maraqlı videoçarx nümayiş olundu. Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək konfrans iştirakçılarını salamladı və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi böyük töhfələrdən bəhs etdi.
Konfransda Bakı Musiqi Akademiyasının “SABAH” qruplarında təhsil alan tələbələr, həmçinin ADA Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, R.Şuman adına Düsseldorf Ali Musiqi Məktəbi (Almaniya), Özbəkistan Dövlət Konservatoriyası, Amerika Birləşmiş Ştatlarının Longi Ali Musiqi Məktəbi (Longy School of Music, Cambridge, Massachusetts USA), Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbə və nümayəndələri aktual və maraqlı mövzularla çıxış edərək konfransa xüsusi rəng qatdılar.
Sonda bütün iştirakçılar sertifikat ilə təltif olundu.
07 May 2026-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Nəriman Həsənzadə yaradıcılığına həsr olunmuş “NƏRİMAN HƏSƏNZADƏ – 95” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

07 May 2026-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Nəriman Həsənzadə yaradıcılığına həsr olunmuş “NƏRİMAN HƏSƏNZADƏ – 95” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tarix-nəzəriyyə fakültəsinin təşkilatçılığı və Həmkarlar İttifaqı Komtəsinin maliyyə dəstəyi ilə ilə baş tutan tədbirdə akademiyanın professor-müəllim heyəti, münsiflər və tələbələr iştirak ediblər. Tədbir Xalq şairi Nəriman Həsənzadənin ömür yolunu əks etdirən videotəqdimatla açıq elan olunub.
Mərasimdə şairin sevgini, insanlığı, vətənpərvərliyi, mənəvi və ülvi dəyərləri əks etdirən poeziyası haqqında geniş söhbət açılıb.
Tədbir çərçivəsində qaliblərin hazırladığı yaradıcı videoçarxlar nümayiş olunub. Təqdim olunan videoçarxlarda Nəriman Həsənzadənin şeirləri musiqi ilə vəhdət təşkil edərək dinləyicilərə xüsusi bədii ovqat bəxş edib. Videoçarxların dərin fəlsəfi məzmunu, estetik görüntüləri və yüksək emosional təsiri tədbirin ümumi ruhunu tamamlayaraq tamaşaçılarda xoş təəsürat yaradıb.
Münsiflər heyətinin qərarı ilə müsabiqənin müxtəlif nominasiyaları üzrə qalibləri müəyyənləşdirildi. Qaliblərə diplomlar,fəxri fərmanlar və pul mükafatları təqdim olunub.
Bakı Musiqi Akademiyasının kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü

Bakı Musiqi Akademiyasının kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü
08 may 2026-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu öndərin xatirəsini ehtiramla yad edərək, Heydər Əliyev parkında abidəsi önünə gül əklili qoydular.


